Konfrans başlığı

“ABB” ASC İnformasiya Texnologiyaları departamentinə Proqramçı vəzifəsinə vakansiya elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Yeni proqram təminatının yaradılması, tətbiqi və mövcud proqram təminatına dəstək göstərilməsi;
 Mövcud proqram təminatlarında texniki sorğular üzrə texniki tələblərin icrası və poseslərin optimallaşdırılması.

Vakant vəzifə üzrə tələblər:

 Java proqramlaşdırma dili biliyi;
 SQL, PL/SQL üzrə biliklər;
 HTML, CSS, JavaScript, jQuery, AJAX bilikləri;
 XML, XSD bilikləri;
 Web Services üzrə biliklər;
 IBM BPM program təminatı ilə iş təcrübəsi arzu olunandır;
 IBM BUS program təminatı ilə iş təcrübəsi arzu olunandır;
 Beynəlxalq sertifikatlara malik olan namizədlərə üstünlük verilir;
 İT proqramlaşdırma sahəsində minimum 3 il təcrübə.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 22 noyabr 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Proqramçı” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az